Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Jurnalist prokurorluqda dindirilib


'Azadlıq'ın çapı dayanıb
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

'Azadlıq'ın çapı dayanıb

«Azadlıq» qəzetinin əməkdaşı Vidadi Məmmədov sentyabrın 7-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.

V.Məmmədov prokurorluqdan çıxdıqdan sonra AzadlıqRadiosuna deyib ki, istintaq sirrini açıqlamamaq barədə iltizam verdiyindən, geniş danışa bilməyəcək. Bununla belə o qeyd edib ki, «Azadlıq» qəzetinin işi ilə bağlı istintaqa çağırılıb.

Bir gün əvvəl, sentyabrın 6-da «Azadlıq» qəzetinin digər əməkdaşı Xəyal Babayev də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilmişdi. O da iltizama qol çəkdiyindən, hansı səbəblə istintaqa dəvət edildiyini söyləməmişdi.

«Azadlıq» qəzetinin yayım üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

XS
SM
MD
LG