Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:12

Müdafiə naziri Londonda


Zakir Həsənov
Zakir Həsənov

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 7-də Londona gedib.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Mətbuat xidməti bildirir ki, səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatları mövzusunda keçiriləcək görüşdə iştirak etməkdir.

Müdafiə Nazirliyi səfərin detalları və onun başa çatacağı tarixi açıqlamır.

1999-cu ilin sentyabrından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində müxtəlif fəaliyyətlər göstəriblər. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Sülhməramlı bölmələr 1997-ci ildən yaradılıb.

XS
SM
MD
LG