Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:44

Gədəbəy rayonunun Arıqıran kəndində torpaq sürüşməsi baş verdiyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Arıqıran qədim sürüşmə sahəsidir.

Ə.Qaralovun bildirməsinə görə, Arıqıran kəndi rayon mərkəzindən 25 km cənub-qərbdə, dağətəyi yamacda yerləşir: «Sürüşmə prosesinin inkişaf etdiyi ərazidə gilli çöküntülər daha çox yayılıb. Bu da sürüşmənin baş verməsinə zəmin yaradır. Arıqıran sürüşmə sahəsi 500-700 metr ərazini əhatə edir. Kütlə üzərində müxtəlif istiqamətli çatlar və 15-20 metr dərinliyində oturmalar əmələ gəlib».

Ə.Qaralov qeyd edib ki, sürüşmə kütləsinin üzərində ölçüləri 15-45 metr olan göl də mövcuddur: «Ümumilikdə bu prosesin əhatə etdiyi sahədə hazırda 13 fərdi yaşayış evi yerləşir və proses aktiv fazadadır».

Son aylar Azərbaycanın bir sıra bölgələrində torpaq sürüşməsi baş verir. Ekspertlər bunu yağıntılar və meşələrin qırılması ilə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG