Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:58

Atəşkəslə bağlı 7 sentyabr açıqlaması


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 21 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistan Noyemberyan rayonundan Qazax rayonunun Qaymaqlı, Berd rayonundan da Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndləri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, işğal altında olan Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi kəndlərinin yaxınlığından Azərbaycan ordusunun mövqelər vurulub. Habelə Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin hədəf seçildiyi bildirilir.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG