Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:24

ABŞ Rusiyanın “Levada” qərarını pisləyir


"Levada"nın sorğularından biri

"Levada"nın sorğularından biri

-

ABŞ Dövlət Departamenti Rusiyada yeganə müstəqil sorğu mərkəzinin “xarici agent” siyahısına salınmasını pisləyib. Mərkəz sonuncu sorğusunda hakim Vahid Rusiya Partiyasının reytinqinin düşdüyünü ortaya qoymuşdu. Bundan sonra Ədliyyə Nazirliyi mərkəzin “xarici agent” siyahısına salındığını bildirib. Rusiyada sentyabrın 18-də parlament seçkisi keçiriləcək.

“Levada mərkəzinə qarşı bu addımın qanunsuz olmasına inanırıq”, departamentin sözçüsü Mark Toner sentyabrın 6-da deyib.

“Sorğu açıqlıq, hökumətin hesabatlılığı və elmi sorğu azadlığı standartları ilə yaşamaq istəyən istənilən ölkədə vacib alət sayılır. Rusiya da bu prinsipləri təbliğ etməlidir, susdurmamalıdır”, Toner deyib.

“Levada müstəqil qurumdur. Bu mərkəzlə işləmişik. Onların əla reputasiyaları var”, Toner sözlərinə əlavə edib.

Rusiya 141 qurumu xarici agent sayır. Bu siyahıya ətraf mühitin mühafizəsinə çalışan, HIV-in yayılmasıyla mübarizə aparan, yaxşı idarəçiliyi və ifadə azadlığını təbliğ edən qurumlar daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG