Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:46

Almaniyanın dövlət yayımçısı Türkiyəni mətbuat azadlığını kobud şəkildə pozmaqda ittiham edib. Səbəb Türkiyə hakimiyyətinin bu ölkənin gənclər və idman naziri ilə video-müsahibəni müsadirə etməsidir.

«Deutsche Welle» sentyabrın 6-da bildirib ki, nazirlik əməkdaşları videonu müsadirə ediblər. Bundan öncə isə nazirin sözçüsü deyib ki, bu media orqanı 15 iyul çevriliş cəhdi və ondan sonra baş verənlərlə bağlı müsahibəni efirə verə bilməz.

«Deutsche Welle»nin baş direktoru Peter Limbourg bildirib ki, «Türkiyə daha hüququn aliliyinə sayqı göstərmir və bunun demokratiyayla heç bir əlaqəsi yoxdur».

Limbourg-un sözlərinə görə, nazir əvvəlcə müsahibəyə razılaşıb, sonradan qoyulan sualları xoşlamadığından onun yayımının qarşısını ala bilməz.

«Conflict Zone» verilişinin aparıcısı Michel Friedman nazir Akif Kılıç-dan çevriliş cəhdindən sonra kütləvi işdən çıxarılmalar, həbslər badədə soruşubmuş. Müsahibədə Türkiyədə qadınların və medianın durumu mövzuları da yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG