Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:37

Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı qəza baş verib. APA-nın xəbərinə görə, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Şəhər istiqamətində hərəkətdə olan qumla dolu «Mercedes» markalı yük maşınının yol kənarında dayanan, mişar daşı ilə yüklü «KamAZ»a arxadan çırpıldığı bildirilir. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.

Xilasetmə əməliyyatının sonunda Dairəvi yolla yüksək sürətlə hərəkətdə olan «Opel» sürücüsünün idarəetməni itirərək FHN-nin 6 əməkdaşını vurduğu deyilir. Yaralılar xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılar -28 yaşlı Vüsal Şabanov, 58 yaşlı Ramiz Şüvərxanov, 46 yaşlı Ziyəddin Yəhyayev və Xətai Məmmədovun vəziyyəti qənaətbəxşdir. Həyatları üçün təhlükə yoxdur. Daha iki yaralı isə ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Qəzanın dəqiq səbəbi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG