Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

Mövsüm Səmədovdan aclığı dayandırmağı xahiş ediblər


Mövsüm Səmədov
Mövsüm Səmədov

Qobustan həbsxanasında aclıq edən Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun səhhətində problemlər yaranıb. Bu barədə AzadlıqRadiosu-na onun vəkili Yalçın İmanov məlumat verib. Səmədov Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma etiraz olaraq avqustun 29-dan aclıq aksiyası keçirir.

Vəkil bir neçə günlük cəhddən sonra sentyabrın 6-da həbsxanada Mövsüm Səmədovla görüşə bilib: "Səhhətində gözlə görünən problemlər var. Ümumi halsızlıqla yanaşı, danışmaqda, yeriməkdə də çətinlik çəkir. Buna baxmayaraq, aclığı davam etdirir. Durumunu nəzərə alaraq, ondan aksiyanı dayandırmağı xahiş eləsəm də, fikrini dəyişmədi".

Səhhətində gözlə görünən problemlər var. Ümumi halsızlıqla yanaşı, danışmaqda, yeriməkdə də çətinlik çəkir...

Y. İmanov qeyd edib ki, M. Səmədov aclığa başlayandan iki gün sonra cərimə otağına (kars) salınıb. Ona 15 günlük cəza verilib.

Buna da bax:​ Həbsdə olan İslam Partiyası sədrindən xəbər var

“KARSLA KAMERANIN FƏRQİ YOXDUR”

"Aclıq etdiyinə görə həbsxananın rəhbəri ona deyib ki, "dövlətə qarşı çıxırsan, təxribatla məşğul olursan", buna görə də onu "kars"a salmaqla cəzalandırıblar. Amma Mövsüm Səmədov bildirir ki, bu üsulla onu yolundan döndərmək mümkün deyil. Deyir ki, "mənim üçün karsda olmaqla, kamerada olmağın fərqi yoxdur", – vəkil bildirib.

Y. İmanov əlavə edib ki, M. Səmədov növbəti günlərdə aclığı davam etdirməklə bağlı digər qərarları da istisna etməyib.

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla həbs olunub. O, 12 il həbs cəzası alıb. Hazırda onun şikayətini Avropa İnsan Hüquqları Məhkəməsi araşdırır.

Buna da bax:​ İslam partiyasının lideri karserə salınıb

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya bir sıra dəyişikliklər referenduma çıxarılacaq. Dəyişikliklərdə prezidentə parlamenti və hökuməti buraxmaq səlahiyyəti verilməsi, onun səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, prezident seçilmək üçün yaş həddinin aradan qaldırılması və bəzi məhdudiyyətlər təklif edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG