Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:22

Yenə o bağ olaydı - “Molokan bağı"


arxiv fotosu
arxiv fotosu

Mərkəzi Bank dolların məzənnəsini müəyyən edir, ancaq bu məzənnə ilə dollar yoxdur. Qara bazar məzənnəni yüksək qoyur, ancaq dollar var. Onda Bakıda dolların məzənnəsini kim müəyyən edir? Mərkəzi Bank yoxsa qara bazar?

Qara bazar satdığı dolları hardan alır?

3 MƏZƏNNƏ

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, hazırda Azərbaycanın valyuta bazarında 3 məzənnə formalaşıb. Amma ən real məzənnə qara bazarda müəyyən olunur:

Azər Mehtiyev
Azər Mehtiyev

“Həqiqətən artıq biz Azərbaycan valyuta bazarına baxanda görürük ki, bu inkişaf vaxtı ilə Molokan bağından başlamışdı. Son dövrlər biz yenidən valyutanın qara bazarına, Molokan bağına qayıdırıq.

Bu gün reallıqda Azərbaycan valyuta bazarında 3 məzənnə formalaşıb. Faktiki olaraq,Mərkəzi Bankın təyin etdiyi məzənnə. Kommersiya banklarının 4 faizlik yuxarı-aşağı marja ilə elan etdiyi məzənnə. Hansı ki, bu iki məzənnə faktiki olaraq işləmir.

Və real valyuta bazarının bu gün işlədiyi sahə qara bazardır. Və məzənnə artıq orada müəyyən olunur.

Bu vəziyyətin səbəbi birbaşa prosesləri doğru düzgün idarə edə bilməyən hökumətdir. Ona görə ki, dolların satışını qadağan etməklə, bu gün bazara uyğun olmayan məzənnə müəyyən etməklə bazar prosesini idarə etmək mümkün deyil.

Valyuta bazarı elə bir bazardır ki, hökumətin hansı tədbirlər görməsindən asılı olmayaraq real qiymətlər orda formalaşır və o öz təsirini gösətərəcək. Biz bunu bu gün real olaraq bazarda görürük. Bu prosesin qarşısını alacaq yeganə element hökumətin düzgün idarəetməni təşkil etmək məsələsidir.

Hökumət valyuta bazarlarına müdaxilə etməklə bankları kifayət qədər dollarla təmin etsə banklarda normal dollar satışı bərpa olunacaq. Bu halda təbii ki qara bazara ehtiyac olmayacaq....”(Ətraflı audioda...)

Azər Mehtiyev :"3 məzənnə var..."
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

“BƏZİ BANKLAR QARA BAZARIN QALMASINDA MARAQLIDIRLAR”.

Digər iqtisadçı Vüqar Bayramov isə deyir ki, Mərkəzi Bank qara bazarı aradan qaldırmaq istəsə bunu rahatlıqla edər:

Vüqar Bayramov
Vüqar Bayramov

“Qara bazarın aradan qaldırılması birbaşa Mərkəzi Bankın fəaliyyətindən asılıdır. Əgər Mərkəzi Bank qara bazarı aradan qaldırmaq istəsə bunu edə bilər. Çünki bu zaman dollar tələbinin ödənməsinə ehtiyac var. Çünki qara bazar ona görə yaranır ki, dollar almaq istəyən şəxs gəlir, bankda həmin dolları tapa bilmir. Onun dollara ehtiyacı var. Bankda həmin dolları tapa bilmədiyi üçün məcburdur ki, qara bazara müraciət etsin. Qara bazarda təbii ki, kurs başqadır.

Ümumiyyətlə məsələnin başqa tərəfi odur ki, nə üçün dolları banklar deyil, qara bazar satır? Bu çox əhəmiyyətlidir. Çünki keçirilən hərraclarda 28 bank iştirak edir.Dövlət Neft Fondu 50 milyon dollar hərraca çıxarır, satır. Orta hesabla hər kommersiya bankı 1 mln 850 minə yaxın dollar alır. Təbii ki, bəzi banklar daha böyük məbləğdə dollar alır, bəziləri az məbləğdə alır. Amma orta rəqəm 1 mln 850 minə yaxındır.

Eyni zamanda vətəndaşların da dollar satışı var, deməli kommersiya banklarının dollar daxilolmaları var. Amma buna rəğmən bank dollar satmır. Qara bazar dollar satır. Bu onu göstərir ki, bəzi banklar əslində qara bazarın qalmasında maraqlıdırlar....” (Ətraflı audioda...)

Vüqar Bayramov: "bəzi banklar maraqlıdır..."
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

“BU QARA BAZARI KİMİN ƏLİNDƏDİR, BUNU ARAŞDIRMAQ LAZIMDIR”.

Milli Məclisin deputatı Vahid Əhmədov deyir ki, çox güman ki, dollar banklar tərəfindən qara bazara buraxılır, yüksək qiymətə satılır, banklar müəyyən gəlirlər əldə edirlər.

Vahid Əhmədov
Vahid Əhmədov

“Qara bazar ümumiyyətlə bəzi yerlərdə var. Azərbaycanda da bu son vaxtlar peyda olub. Əvvəllər düzdür exchange-lər vardı. Exchange-lər ləğv olundu indi bunun yerinə qara bazar peyda olub.

Qara bazara baxmaq lazımdır. Qara bazara o dollar hardan daxil olur? Dollar ya banklar tərəfindən qara bazara buraxılır, yüksək qiymətə satılır, banklar müəyyən gəlirlər əldə edirlər. Bir də müəyyən şəxslər tərəfindən. Yəni bu qara bazarı kim idarə edarə edir, kimin əlindədir, bunu araşdırmaq lazımdır.

Düzdür hüquq mühafizə orqanları bu işlə çox ciddi məşğuldurlar və müəyyən effekt də verir. Yəqin ki, bunu davam etdirəcəklər. Amma ən ciddi məsələ dollara olan tələbatı ödəməkdir.

Bu gün dollara tələbat 500-600 milyon dollardısa, cəmi 40-50 milyon dollar bazara çıxarılırsa, əlbəttə ki bu problem yaradacaq. Həm xarici vətəndaşlar üçün, əcnəbilər üçün, Azərbaycana gələn turistlər üçün, xaricdən mal alıb gətirən sahibkarlar üçün. İdxalda problemlər yarana bilər. Bu problemlər öz həllini tapmalıdır. Ən ciddi məsələ Azərbaycanda bank sistemi sağlamlaşdırılmalıdır....”(Ətraflı audioda...)

Vahid Əhmədov: "qara bazarın arxasında kimlər durur..."
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

XS
SM
MD
LG