Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:19

4 yerli təşkilat «exit-poll» keçirmək istəyir


Exit-poll qutusu
Exit-poll qutusu

Konstitusiyaya təklif edilən dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda «exit-poll» keçirmək məqsədi ilə 4 təşkilat müraciət edib.

Bu haqda APA Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

«Exit-poll» keçirməkdən ötrü müraciət edənlərin hamısı yerli təşkilatlardır.

Bunlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, «Els» Müstəqil Araşdırmalar Mərkəzi və «Rəy» Monitorinq Mərkəzidir.

Referendumda «exit-poll» keçirməkdən ötrü müraciət müddəti bu gün (6 sentyabr) başa çatır

MSK müraciətləri sentyabrın 16-dək araşdırıb qərar verməlidir.

Azərbaycanda 2005-ci il parlament seçkilərindən bəri «exit-poll»ar keçirilir. İndiyə qədər «exit-poll» keçirən istər yerli, istərsə də xarici təşkilatlardan heç birinin rəyini müstəqil və müxalif qüvvələr etimadla qarşılamayıblar. Həmin təşkilatların keçirdiyi «exit-poll»arın nəticələri də MSK-nın açıqladığı nəticələrdən əsasən fərqlənməyib.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Üstəlik, Azərbaycanda indiyə qədər «exit-poll» keçirən təşkilatlar maliyyə qaynaqları ilə bağlı cəmiyyətə şəffaf hesabat təqdim etməyiblər.

Sentyabrın 26-da konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG