Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:39

QHT sədri 'Kürdəxanı'ya köçürülməsini istəyir


Foto illüstrasiya
Foto illüstrasiya

Bakı Ağır Cinayətlər Məhkəməsində «Yeni Sabah» Qeyri- Hökumət Təşkilatının sədri İlqar Əliyevin mühakiməsi başlayıb. Moskvadan qayıdarkən Bakı hava limanında saxlanılan İlqar Əliyev gizli şəkildə kameralı qələm və eynək, həmçinin ekspertin rəyinə görə, 5-i soyuq silah hesab olunan 7 bıçaq gətirməkdə təqsirləndirilir.

CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 192.1 (qanunsuz sahibkarlıq), 228-ci (qanunsuz silah), 308.2 (vəzifə səlahiyyətləri aşma - ağır nəticələrə səbəb olduqda) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunan İlqar Əliyev hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Amma o, buradan Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir. Bu barədə o, sentyabrın 6-da məhkəmənin hazırlıq iclasında bildirib.

Məhkəmə prosesinə hakim Eldar İsmayılov sədrlik edir. Hakim bildirib ki, bu məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət olunacaq.

Məhkəmədə anket məlumatları dəqiqləşdirilərkən bəlli olub ki, İlqar Əliyev 1996-cı ildə Nizami rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib, 2001-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb.

İş üzrə məhkəmə baxışı sentyabrın 20-nə təyin edilib.

XS
SM
MD
LG