Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:34

'Azadlıq'ın çapı dayanıb (Video)


'Azadlıq'ın çapı dayanıb
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

'Azadlıq'ın çapı dayanıb

««Azadlıq» qəzeti mətbəəyə borcunu ödəyə bilmədiyi üçün sentyabrın 6-sı çapdan çıxmayıb».

Bunu AzadlıqRadiosuna qəzet redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

R.Hacıyevin deməsinə görə, hələ, keçən həftədən «Azərbaycan» nəşriyyatının rəhbərliyi onları xəbərdar edib ki, borc ödənilməyəcəyi halda qəzetin çapı dayandırılacaq. Birinci müavin nəşriyyata 20 min manat borcu olduqlarını söyləyib: «Bizim nəşriyyata 20 min manat verəcəyimiz var. «Qasid» Yayım Firması isə bizə 70 min manata yaxın verməlidir. Bütün üsullara əl atmağımıza baxmayaraq, biz bu pulları «Qasid»dən ala bilmədik».

Bununla belə, R.Hacıyev qəzetin çapının bərpasını mümkün sayır: «Əlbəttə, qəzetin çapını bərpa etmək imkanı var. Əgər mətbəə borclarını ödəyə bilsək, bu mümkündür».

Məsələyə «Azərbaycan» nəşriyyatının rəhbərliyindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

«Qasid» Yayım Firması isə «Azadlıq» qəzetinə borclu olduğunu təkzib etməsə də, borcu nə vaxt qaytaracağını açıqlamayıb.

«Azadlıq» qəzeti 1989-cu il dekabrın 24-dən çap olunur.

«Azadlıq» qəzetinin çapı dayansa da, onun internet saytı fəaliyyət göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG