Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:07

AXCP sədrinin müşaviri Məmməd İbrahim həbsdən buraxıldı. Onun atasının yas mərasimində iştirakına icazə verilib. Bu barədə AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib.

Vəkilin dediyinə görə, M.İbrahimə bir gün yarımlıq icazə verilib. «Məmməd İbrahim artıq 16 saylı Cəzaçəkmə Müəssisəsindən çıxıb, Yevlaxa yas məclisinə gedir. O, sentyabrın 7-də günortadan sonra müəssisəyə qayıtmalıdır», – Y.İmanov bildirib.

Məmməd İbrahimin atası sentyabrın 3-də vəfat edib. Onun atasının dəfnində iştirakına icazə verilməyib.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər- Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG