Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34

-

Rusiya və Səudiyyə Ərəbistanı neft bazarını sabitləşdiməkdən ötrü razılığa gəldiklərini elan ediblər. Bundan sonra, sentyabrın 5-də dünya bazarlarında neft bahalanmağa başlayıb.

London birjasında neftin bareli 5 faiz yüksələrək 49,40 dollara çatıb.

Neft razılaşması barədə Çində G20 sammiti zamanı açıqlama verilib.

Səudiyyənin enerji naziri Khaled Al-Falih və onun rusiyalı həmkarı Aleksandr Novak elan ediblər ki, “birlikdə hərəkət etməyə” razılaşıblar. Novak bunu Rusiyayla Səudiyyənin rəhbərlik etdiyi OPEC neft karteli arasında əməkdaşlığın “yeni erası” adlandırıb, “ciddi nəticələri” olacağını söyləyib.

Bu ay Rusiyayla OPEC-in görüşü keçiriləcək. Qrupun qarşısında duran bir məsələ hasilatın dondurulmasıdır. Amma Novak “Al-Arabiya” televiziyasına deyib ki, indiki məqamda bu gərəkməyə bilər. Bu açıqlamadan sonra neft nisbətən ucuzlaşdı.

XS
SM
MD
LG