Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:07

Faiq Əmirlinin xanımının maşını qaytarılmır


Şahid: "Faiqi aparandan sonra gördüm ki,baqajı açıb nəsə qoydular"
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Şahid: "Faiqi aparandan sonra gördüm ki,baqajı açıb nəsə qoydular"

«Azadlıq» qəzetinin maliyyə direktoru Faiq Əmirlinin xanımı Lalə Əmirliyə məxsus olduğu deyilən avtomobil, hələ də, qaytarılmayıb.

Azadliq.info saytının xəbərinə görə, Faiq Əmirli avqustun 20-də həbs edilib. Həmin gün onun evində və ailəyə məxsus avtomobildə axtarış aparılıb. Əməliyyatçılar maşında axtarış aparmaqla kifayətlənməyərək, avtomobili də özləri ilə aparıblar.

Saytın xəbərinə görə, həmin vaxt onlara avtomobilin Faiq Əmirliyə deyil, xanımına məxsus olduğu bildirilsə də, heç nə dəyişməyib. Saytın bildirməsinə görə, əməliyyatçılar qeyd ediblər ki, bu, sadəcə, formallıqdır, maşın, uzağı, 2 günə geri qaytarılacaq. Sonradan bildirilib ki, Faiq Əmirlinin apellyasiya şikayətinə baxıldıqdan sonra maşın qaytarılacaq. Hələ sentyabrın 2-də Faiq Əmirlinin apellyasiya şikayətinə baxılıb və o, təmin edilməyib. Amma, hələ də, maşın qaytarılmayıb.

Xəbərdə qeyd edildiyinə görə, məsələ ilə bağlı Baş Prokurorluğa müraciət də edilib, ancaq bu da məsələdə dönüş yaratmayıb.

Faiq Əmirlinin vəkili Aqil Layıcov isə bildirib ki, maşının saxlanılmasının heç bir əsası yoxdur. O deyib ki, maşın cinayətin predmeti deyil, cinayət yolu ilə əldə olunmayıb.

Vəkil əlavə edib ki, avtomobil qaytarılmasa, məhkəmə nəzarəti qaydasında şikayət veriləcək.

Faiq Əmirli «Azadlıq»ın yayım direktoru olmaqla yanaşı, AXCP sədri Əli Kərimlinin köməkçisidir.

Məsələ ilə bağlı Baş Prokurorluğun münasibətini öyrənmək, hələlik, mümkün olmayıb.

Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Faiq Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

XS
SM
MD
LG