Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:17

3 intihar olayının baş verdiyi bildirilir


İntihar (arxiv fotosu)
İntihar (arxiv fotosu)

Sentyabrın 4-ü və 5-də ölkə ərazisində üç intihar olayının baş verdiyi bildirilir.

Lent.az-ın xəbərinə görə, sentyabrın 4-də Bakıda, iki üzücü olay yaşanıb.

1986-cı il təvəllüdlü rayon sakini Nəriman Ağayevin sirkə turşusu içərək özünü zəhərlədiyi bildirilir. Onu Kliniki Tibbi Mərkəzə çatdırmaq mümkün olsa da, həyatını xilas edə bilməyiblər.

Başqa bir intihar olayının Babək prospektindəki körpüdə baş verdiyi deyilir. 1975-ci il təvəllüdlü Əli Vəliyevin özünü körpünün üstündən tunelə atdığı bildirilir. Avtomobilin üzərinə düşən 41 yaşlı kişi hadisə yerində keçinib.

Buna da bax: “İntiharların səbəbi öyrənilməlidi”

Daha bir intihar hadisəsinin bu gün sentyabrın 5-də Xaçmaz rayonunda baş verdiyi açıqlanıb.

Rayon sakini Hikmət Rəsulovun asılmış meyiti aşkarlanıb. Mərhumun qardaşı da bundan illər öncə Qarabağ müharibəsində həlak olub.

Olayın səbəbləri açıqlanmır.

Xaçmaz və Xətai rayon prokurorluqları olayları araşdırır.

XS
SM
MD
LG