Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

-

Nyu Yorkda qərarlaşan Global Finance jurnalı ən yaxşı Mərkəzi Bank (MB) rəhbərlərinin reytinqini dərc edib.

Azərbaycan Asiyaya aid edilib və Azərbaycanın Mərkəzi Bank sədri Elman Rüstəmov Asiya ölkələrinin bankirləri arasında ən aşağı reytinq alıb.

Onun reytinqi “D”-dir. Ondan başqa bu regionda heç bir MB sədri ən aşağı “D” qiymətini almayıb.

Ümumiyyətlə, siyahıda dünyanın 74 ölkəsinin MB sədri var. Onlar arasında Elman Rüstəmov kimi ən aşağı olan “D” qiymətini cəmi 3 nəfər alıb. Onlar - Rüstəmovdan başqa, Venesuela MB sədri Nelson Merentes və Qvatemala MB sədri Julio Roberto Suarezdir.

Elman Rüstəmovun keçən ilki reytinqi daha yüksək idi – “C”.

Jurnala görə dünyanın ən yaxşı MB sədrləri isə İsrail, Livan, Paraqvay, Peru, Rusiya, Filippin, Tayvan və Böyük Britaniya MB sədrləridir.

Onların reytinqi “A”-dır. ABŞ Fed sədri Janet Jellen-in reytinqi bir qədər aşağıdır – “A-“

Jurnal bildirir ki, tam hesabat oktybar ayında çıxacaq.

Bunlara da bax: Problemli kreditlər artır, hökumətsə tərpənmir...

XS
SM
MD
LG