Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:34

Gürcüstan hökumətinin üzvləri 'həftə səkkiz-mən doqquz' Yerevandadı


Giorgi Kvirikashvili
Giorgi Kvirikashvili

Sentyabrın 5-də Gürcüstanın baş naziri Giorgi Kvirikashvili Ermənistana rəsmi səfər edir.

O, Ermənistan prezidenti Serzh Sarksian və erməni həmkarı Hovik Abrahamian-la görüşəcək.

Gürcüstan nümayəndə heyətinin Osmanlı imperiyası dönəmində öldürülmüş ermənilərin xatirə kompleksinə baş çəkəcəyi gözlənir. Ermənistan həmin hadisələri «soyqırımı» adlandırsa da, türklər ötən əsrin əvvəllərində məqsədyönlü etnik qırğın törədilmədiyini, vətəndaş müharibəsində hər iki tərəfdən ölənlərin olduğunu bildirir.

Gürcüstan hökumətinin üzvləri bu il artıq üçüncü dəfədir Ermənistana rəsmi səfər edir. Fevralda müdafiə naziri Tinatin Khidasheli, martda isə xarici işlər naziri Mikhail Dzanelidze Ermənistanda olmuşdu.

Ekspertlərin fikrincə, bu səfərlər zamanı təkcə xarici siyasət deyil, Gürcüstanda oktyabrda gözlənən parlament seçkiləri də müzakirə olunur. Belə ki, gürcü hökuməti erməni əsilli Gürcüstan vətəndaşlarının dəstəyini almaq məqsədilə rəsmi Yerevanla əlaqələri gücləndirir.

Dünyada sayca dördüncü erməni diasporu Gürcüstanda yaşayır, onların sayı 460 min nəfərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG