Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:22

Sentyabrın 6-sı Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 19-23, gündüz 25-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.

Ölkənin bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Gecə 18-23, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacağı təxmin edilir.

Nazirlik ümumilikdə xəbərdar edir ki, sentyabrın 6-sı və 7-də ölkə ərazisində hava qeyri-sabit keçəcək, şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi yerlərdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG