Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:17

Türkiyədə islam bankçılığı yüksəlir


Dollar
Dollar

Türkiyədəki son çevriliş cəhdindən sonra bu ölkəyə investisiya qoymaq istəyənlərə ənənəvi səhmlər və istiqrazlardan fərqli bir variant da təklif olunur. Bunlar «iştirak bankları» adlanan islam banklarıdır. Onlar standart hökumət borcundan daha yüksək artım və daha artıq sabitlik vəd edirlər. Bu barədə «The Wall Street Journal» dərgisində Alex Davidson yazır.

10 İLƏ 5 FAİZƏ YÜKSƏLİB

Türkiyənin ən böyük maliyyə qurumlarının filialları olan iştirak bankları 2005-2015-ci illərdə ölkənin bank sektorundakı payını 5%-dək yüksəldib. Bunu «Standard&Poor's» beynəlxalq reytinq agentliyinin son hesabatına əsasən demək olar. Bu faizsiz bankçılıq mənfəət və zərərdə iştirakçılıq əsasında istiqraz yaradır, çünki islam dini faizlə pul qazanmağı qadağan edir. İslam bankçılığında gəlirlər və xərclər onun üzvləri tərəfindən bərabər bölüşdürülür. Bu, müsəlman dünyasının gizli bir ehtiyacını, səhmlərin diversifikasıysı məsələsini ödəmiş olub.

«Eyni kredit üçün daha az likvidlik istəyirsənsə, daha çox alırsan, işlər pisləşəndə də itkin az olur», - bunu «Azzad Wise» Kapital Fondunun portfel meneceri Ihab Salib deyir. Bu qurum özünü sosial məsuliyyətli, dəyişməz gəlirli investisiya variantı kimi təqdim edir, faiz götürməməklə bağlı İslam dininin qadağasına əməl edir. «Türkiyə hökuməti bu bankların bazarda daha böyük pay əldə etməsini istəyir», - Salib deyir.

2025-Cİ İLƏDƏK 300 MİLYARD DOLLAR

Müəllif yazır ki, Recep Tayyip Erdoğan-ın şəriət qadalarının Türkiyədə daha artıq oturuşmasına dəstəyini nəzərə alsaq, iştirak banklarının böyüməsi real görünür. Türkiyə İştirak Bankları Assosiasiyasının məlumatına görə, 2025-ci ilədək bu sistemin aktivləri 300 milyard dollara çata bilər.

Cənab Salib deyir ki, islam istiqrazları sabit investisiyadır, çünki daha böyük bankların filialları vasitəsilə təklif olunur. İnvestorlar onları alıb saxlamağa meyllidir deyə, qiymətləri də daha sabitdir.

İslam istiqrazları adi istiqrazlardan daha az likvidlidir. Amma Qərbin maliyyə qurumları bu istiqrazları ənənəvi indekslərə qoşmağı nəzərdən keçirirlər ki, bu da qiymətlərin yüksəlməsinə, onlar populyarlaşdıqca, daha aşağı faiz gəlirinə səbəb olar.

XS
SM
MD
LG