Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

Obama Putin-lə görüşüb


Barack Obama (sağda) və Vladimir Putin, arxiv fotosu

Barack Obama (sağda) və Vladimir Putin, arxiv fotosu

-

Sentyabrın 5-də ABŞ Prezidenti Barack Obama Çində G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putin-lə görüşüb.

ABŞ rəsmiləri görüş barədə detallı bilginin gün ərzində açıqlanacağını bildiriblər.

Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, tərəflər Suriya və Ukraynanı müzakirə ediblər.

Sentyabrın 5-də Birləşmiş Ştatlar və Rusiya diplomatlarının Suriyayla bağlı atəşkəs razılaşmasını əldə edə bilmədiyi barədə xəbər yayılıb. Belə ki, ABŞ Dövlət katibi John Kerry və Rusiya Xarici işlər naziri Sergei Lavrov-un Çində G20 sammiti çərçivəsindəki danışıqları nəticəsiz bitib.

Kerry və Lavrov bir neçə həftə idi danışıqlar aparırdılar, Suriyada İslam Dövləti qruplaşması və digər ekstremistlərlə mübarizədə ABŞ-Rusiya hərbi əməkdaşlığını gücləndirilməsinə çalışırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG