Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:22

Putin-lə May ilk dəfə görüşdü


Theresa May və Vladimir Putin
Theresa May və Vladimir Putin

Sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin-lə Britaniya baş naziri Theresa May ilk dəfə görüşüblər. Qeyd edək ki, Moskva münasibətləri yenidən qurmağa çalışır.

Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, Çinin Xançjou şəhərində G20 sammitində keçirilən görüş «yaxşı, konstruktiv və açıq» olub.

«Cənab Putin açıq və birmənalı şəkildə bildirdi ki, bütün, ən həssas sahələrdə belə münasibətlərin və dialoqun yenidən qurulmasında maraqlıyıq», - o bildirib.

Britaniyayla Rusiyanın əlaqələri son illər gərginləşib. Bu, daha çox Kremlin tənqidçisi Alexander Litvinenko-nun Londonda zəhərlənib öldürülməsinin araşdırılmasıyla bağlıdır.

Britaniya həmçinin, Qərbin Rusiyaya sanksiyalarının tərəfdarıdır. Bu sanksiya Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatlarına görə qoyulub.

Amma təhlilçilərin fikrincə, Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsi Putin-in əlinə oynayır, çünki o, Avropa Birliyi üzvləri arasında parçalanma yaratmağa çalışır.

XS
SM
MD
LG