Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:07

Yağış gözlənilir


Yağışlı Bakı
Yağışlı Bakı

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda Azərbaycanın bölgələrində yağış gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentdən «Report»a verilən məlumata görə, sabah hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Azərbaycanın bölgələrində gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənir.

Bir neçə gündür ki, ölkənin bölgələrində dəyişkən hava şəraiti bir çox fəsadlara yol açıb, bəzi yerlərdə elektrik xətləri sıradan çıxıb, kəndlərlə rabitə və nəqliyyat əlaqəsində problemlər yaranıb.

XS
SM
MD
LG