Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:26

İslam partiyasının lideri karserə salınıb


Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov

Qobustan həbsxanasında cəza çəkən Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov karserə salınıb. Onun vəkili Yalçın İmanov hesab edir ki, Mövsüm Səmədov Konstitusiyaya düzəlişlərlə bağlı referenduma etiraz olaraq avqustun 29-da müddətsiz aclığa başladığına görə cəzalandırılıb.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

Mövsüm Səmədov 12 il həbs cəzası alıb...

Mövsüm Səmədov «düzəlişləri mürtəce» hesab edir. Onun fikrincə, bu düzəlişlərin qəbulu ölkədə monarxiya üsul-idarəsinin bərqərarı deməkdir.

Vəkil Yalçın İmanov müttəhimlə görüşmək üçün sentyabrın 3-də Qobustan həbsxanasına gedib.

Yalçın İmanov Turan-a bildirib ki, şənbə günü iş günü olmadığını əsas gətirərək Mövsüm Səmədovla görüşünə icazə verməyiblər.

Buna da bax: Rüstəm İbrahimbəyov referendumdan yazdı: «Monqol-tatar...»

«Şənbə onlarda iş günüdür»

Vəkilin sözlərinə görə, əslində şənbə günü bütün cəzaçəkmə müəssisələrində iş günüdür.

Mövsüm Səmədovun fikrincə, bu düzəlişlərin qəbulu ölkədə monarxiya üsul-idarəsinin bərqərarı deməkdir.

O hesab edir ki, onun Mövsüm Səmədovun yanına buraxılmamasının əsl səbəbi AİP liderinin aclıq aksiyası keçirməsinə görə karserə salınmasıdır.

Vəkil müttəhimin yanına buraxılmamasını həbsxana əməkdaşlarının özbaşınalığı və Mövsüm Səmədovun hüquqlarının pozulması kimi qiymətləndirir.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar.

M. Səmədov 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədovu 12 saylı koloniyadan 2 ilini ciddi rejimdə keçirməklə Qobustan həbsxanasına köçürüblər. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. Lakin bəzi məlumatlara görə, əsl səbəb M.Səmədovun məhbuslar arasında populyarlığının artması olub.

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

M. Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG