Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:01

Sentyabrın 4-də Vatikanda Müqəddəs Peter meydanında Tereza Ana 19 illik ölümündən sonra müqəddəs elan edilir.

Tereza Ana yaşadığı hind şəhəri Kolkatada (keçmiş adı Calcutta) yoxsullara əl tutub, kasıblara yardım edən biri kimi tanınıb.

Buna da bax:​ Tereza Ana nə deyirdi?

Mərasimdə 100 mindən çox adam iştirak edir.

Ancaq Tereza Ananın tənqidçiləri deyirlər ki, o, yoxsulluğu kökündən həll etməyib, sadəcə, adamlara cüzi yardım edib.

O, 1979-cu ildə Nobel Sülh Mükafatı alıb.

Əsl adı Agnese Gonxha Bojaxhiu olan Tereza Ana Makedoniyada 1910-cu ildə alban ailəsində doğulub. 16 yaşında rahibə olan Tereza Ana 1929-cu ildə Hindistana gəlib və 1950-ci ildə katolik missionerliyinə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG