Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Əfqanıstanın cənubunda Zabul vilayətində baş verən avtoqəza nəticəsində 36 adam həyatını itirib.

Zabul-un valisi Bismillah Afganmel bildirib ki, Qandahardan Kabilə gedən sərnişin avtobusu iri yük maşını ilə toqquşub. Onun sözlərinə görə, 20-dən çox yaralı var. Onlar ətrafdakı xəstəxanalara aparılıblar.

Qəzaya sürücülərin diqqətsizliyinin səbəb olduğu göstərilir..

Günün bütün mövzuları

XS
SM
MD
LG