Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:33

Müdafiə nazirliyi bildirir ki, Ermənistanın silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Məlumatda deyilir ki, Azərbaycan ordusunun Gədəbəy, Ağdam, Xocavənd, Füzuli rayonlarındakı mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub.

Bu il aprelin əvvəlində Qarabağ cəbhəsində iri hərbi əməliyyatlar keçirilib, hər iki tərəfdən onlarla itki olub.

Buna da bax: Azərbaycan və Ermənistan ordularının qrafik müqayisəsi

Azərbaycan və Ermənistan arasındakı gərginliyi aradan qaldırmaq üçün mayın 16-da Vyanada hər iki tərəfin prezidentləri görüşüb və bundan sonra hərbi əməliyyatlar dayandırılıb. Münaqişənin sülh yolu ilə həlli yolunda danışıqlar intensivləşsə də, hələ ki, konkret addım atılmayıb.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs əldə edilənə kimi Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG