Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:49

Azərbaycanda avtomobil yollarında reklam yerləşdirilməsinə qoyulan qadağa ləğv edilib, yollarda reklam yerləşdirilməsinin şərtləri müəyyən edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin «Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydaları»nda əksini tapıb.

İndiyə qədər hərəkətin təhlükəsizliyini təmin etmək üçün avtomobil yollarında və təhkim zolağında hərəkətin təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların quraşdırılması qadağan edilmişdi.

Buna da bax: Reklam pulları qlamur jurnallara axır

Qaydaya edilən dəyişikliyə əsasən, indi yalnız avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməyən yol hərəkəti nişanlarına və yazılarına bənzəyən reklam qurğularının yerləşdirilməsinə yol verilmir.

Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır.

Şərtlərin müəyyənləşməsi yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verən avtomobil yollarında reklam yerləşdirilməsinə imkan yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG