Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:25

Rus turistinin arxasınca Azərbaycan helikopteri getdi


Foto illüstrasiya
Foto illüstrasiya

Quba rayonunun Xınalıq kəndi ərazisində dağlıq ərazidə qalmış rusiyalı turist qadın xilas edilib.

APA xəbər verir ki, şimal bölgəsinə yağan güclü yağış nəticəsində kəndə gələn yolu sel apardığından Rusiya vətəndaşı, 38 yaşlı Svetlana Yevgenyevnanın qayıtması mümkünsüz olub.

O, sentyabrın 1-də Xınalığa gəlib və bir gün sonra geri dönməyi planlaşdırıbmış.

Yol dağıldığından geri dönə bilməyən qadın üçün Fövqəladə Hallar Nazirliyinin helikopteri göndərilib.

«Azərbaycana avqustun 30-da, Xınalığa isə sentyabrın 1-də gəldim. Bir gün qalmağı planlaşdırırdım. Gecə güclü yağış yağdı. Səhər gördük ki, körpü dağılıb qayıtmaq mümkün deyil. Mənə bildirdilər ki, bir neçə gün gözləməliyəm ki, yol açılsın. Düzünü desəm, bir turistə bu qədər diqqət ayrılacağını gözləmirdim. Hələ də inana bilmirəm», - Svetlana Yevgenyevna hisslərini belə ifadə edib.

XS
SM
MD
LG