Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:25

Prezidenti İlham Əliyev Masallıdan sonra Biləsuvar rayonuna gəlib.

President.az saytı bildirir ki, dövlət başçısı Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub. Dövlət başçısına müalicə ocağında ən müasir tibb avadanlığı quraşdırıldığı bildirilib.

İlham Əliyev uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında da iştirak edib.

Cənub bölgəsini Bakıdan 240-270 km məsafə ayırsa da, Masallı-Lənkəran ərazilərə istirahətə gələnlər yolun bərbadlığından, buna görə yolda 4-5 saat itirdiklərindən şikayət edirlər.

Yerli əhali isə bölgədə bəzi müasir tibb müəssisələri tikilməsinə baxmayaraq, müalicə üçün İrana getməyə üstünlük verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG