Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:09

İranda bir ailəni sel aparıb, bir qadını ildırım vurub


İranda sel
İranda sel

İranda 3 adam sel sularının qurbanı olub.

Dövlət mediası xəbər verir ki, Gülüstan bölgəsində baş verən sel bir ailənin üç üzvünü - ana, ata və onların uşağını aparıb.

Sentyabrın 2-də həmin bölgədə yerləşən kəndlərin birində çöldə işləyən 70 yaşlı qadını ildırım vurub.

Gülüstanın bəzi ərazilərində yollar bağlanıb, maşınlar yolda qalıb.

Mazandaranın Amol şəhərində güclü qasırğa nəticəsində elektrik xətləri sıradan çıxıb, 900-dən çox evin damı dağılıb.

XS
SM
MD
LG