Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:44

Rusiya ilə Yaponiya Kuril adaları mübahisəsində razılaşa bilərlər


Shinzo Abe və Vladimir Putin
Shinzo Abe və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Yaponiyanın baş naziri Shinzo Abe ilə Kuril adaları ilə bağlı mübahisəyə son qoymağa razılaşıb.

Sentyabrın 2-də görüşən liderlər qərara alıblar ki, bu ilin sonuna qədər hər iki tərəfi razı salacaq qərar layihəsi hazırlansın və dekabrda Putin Yaponiyaya getdikdə, yenidən bunu müzakirə etsinlər.

Tokio-Moskva arasındakı əlaqələr Kuril adaları mübahisəsi üzündən illərdir gərgin atmosferdə davam edir.

Kuril adalarını ikinci dünya müharibəsinin sonunda sovet qoşunları zəbt edib.

Shinzo Abe jurnalistlərə deyib ki, Putin-lə göz-gözə bu məsələni ətraflı müzakirə etdikdən sonra mübahisənin həllində tərəfləri razı salacaq təkliflər aydınlaşıb.

Liderlər Vladivostokda keçirilən Şərq İqtisadi Forumda bu məsələni müzakirə ediblər.

XS
SM
MD
LG