Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:30

Qubanın 20 kəndi ilə rabitə əlaqəsi yoxdur


Foto arxiv
Foto arxiv

Sel suları 1400 metr fiberoptik, 800 metrə yaxın TPP kabelini sıradan çıxarıb, 30-a yaxın dirəyi isə su aparıb.

«Region TV» bu xəbəri Quba Telekommunikasiya Qovşağının rəisi Kamran Əhmədova istinadən yayıb.

Xəbərə görə, nəticədə rayonun 20-yə yaxın yaşayış məntəqəsi ilə rabitə əlaqəsi kəsilib. Qonaqkənd-Söhüb, Küpçal-Qəçrəş, Zərqova-Çiçi, Xınalıq istiqamətindəki kəndlərdə fəaliyyət göstərən ATS-lər daha çox ziyan görüb.

Xınalıq kəndi ilə rabitə əlaqəsi tamamilə kəsilib. Yaşayış məntəqəsində hazırda mobil operatorların xidmətlərindən belə yararlanmaq mümkün deyil.

Qovşağın əməkdaşları fəsadların aradan qaldırılması üçün fəaliyyətə başlayıb, artıq Zərqova-Çiçi istiqamətində rabitə əlaqəsi bərpa edilib.

Sentyabrın 1-i axşam saatlarında İsmayıllı-Qəbələ, Quba-Xaçmaz zonasında və Lənkəranda sel yağışları olub, daha çox ziyan çəkən İsmayıllıda 16 kəndə gediş-gəlişdə problemlər yaranıb.

XS
SM
MD
LG