Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:22

Azərbaycan diplomatlarının ailələri Almaniyada işləyə biləcəklər


Berlin
Berlin

Sentyabrın 2-də Almaniya Xarici İşlər Nazirliyində «Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında Saziş» imzalanıb.

Bunu AzadlıqRadiosuna Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Sazişi Azərbaycan hökuməti adından ölkənin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov bağlayıb.

Hikmət Hacıyev deyir ki, sazişə əsasən, hər iki dövlətdə akkreditə olunmuş diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinə ödənişli əmək fəaliyyəti ilə məşğul olmağa qarşılıqlı əsasda icazə verilir: «Bu qarşılıqlı saziş əsasında əmək fəaliyyəti göstərə bilmək Avropa məkanında ilk təcrübələrdən biridir».

XS
SM
MD
LG