Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:37

«Holcim» (Azərbaycan) Açıq Səhmdar Cəmiyyət «Bank Standard» Kommersiya Bankını məhkəmədə udub.

«Report»un xəbərinə görə, «Holcim» bank qarantiyası üzrə real zərərin faizlərinin və nümayəndə xərclərinin tutulması barədə tələb irəli sürübmüş.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan bank apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

«Holcim» (Azərbaycan) ASC dünyanın aparıcı sement təchizatçılarından olan «Holcim Group»un bir hissəsi olaraq, ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır.

Bu il mayın 3-də Maliyyə Bazalarına Nəzarət Palatası bankın sağlamlaşdırılması prosesinə başlayıb. Bu məqsədlə bankda 3 ay davam edəcək sağlamlaşdırma proseslərinin yerinə yetirilməsinə başlanıb. Palata bankın sistem bankı olduğu üçün ləğv olunmasını mümkünsüz sayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG