Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:50

Bloqqer Pokemon-a görə həbs edilə bilər


Pokemon
Pokemon

Rusiyanın Yekaterinburq şəhərindən olan bloqqer Ruslan Sokolovski barəsində cinayət işi qaldırıla bilər. Səbəb onun şəhər kilsəsində Pokemon axtarmaq cəhdləri olub.

Hüquq-mühafizə orqanları onun dini vasitə ilə əyləndiyinə diqqət çəkirlər.

Sverdlovski vilayətinin istintaq komitəsi bildirib ki, bloqqerin hərəkəti ilə bağlı araşdırma başlayıb. Ruslan Sokolovski «nifrəti qızışdırma və sosial əlamətlərə düşmənçilik», o cümlədən inancıl insanların hisslərini təhqir etməkdə günahlandırıla bilər.

Ruslan Sokolovski polis tərəfindən saxlanıb.

«RIA Novosti» onun vəkilinə istinadən xəbər verir ki, sentyabrın 3-də keçirilən məhkəmədə Ruslan Sokolovski barəsində həbs-qətimkan tədbiri seçilə bilər.

Znak.com saytı bildirib ki, Ruslan Sokolovski öz videokanalında tənqidi və elmi video çarxlar yayımlayır. Onun videokanalının 200 mindən çox izləyicisi var.

XS
SM
MD
LG