Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:09

►Tbilisidə Ermənistan prezidentinin abxaz siyasətçi ilə görüşü haqqında məlumat araşdırılır

Sentyabrın 2-də Facebook sosial şəbəkəsində Ermənistan prezidenti Serj Sarkisyanın və qondarma Abxaziya respublikasının vitse-prezidenti Vitaliy Qabniyanın birgə fotoları yayılıb.

Foto Qarabağdakı qondarma "respublikanın" 25 illiyinə həsr olunmuş təntənəli tədbirdə çəkilib. Fotonu özünü Abxaziyanın "Xarici İşlər Nazirliyi" adlandıran qurumun müdir müavini Kan Taniya yayıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumatın yoxlandığını bildirib. "Məlumat həm Ermənistanın Gürcüstandakı səfirliyində, həm də Gürcüstanın Ermənistandakı səfirliyində araşdırılır. Ermənistanın Tbilisidəki diplomatik missiyası bu məsələ ilə bağlı açıqlama verməyi planlaşdırır", - şöbənin nümayəndəsi bildirib.

Ermənistan Milli Assambleyasının spikeri Qalust Saakyanın qondarma Cənubi Asetiya respublikasının parlamentinin sədri Anatoli Bibilovla keçənilki görüşü rəsmi Tbilisinin kəskin tənqidlərinə məruz qalmışdı.

Ermənistan səfiri Xarici İşlər Nazirliyinə çağrılmış, onun Ermənistandakı gürcü həmkarı isə ölkə başçısına "son dərəcə narahatlığını" ifadə etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG