Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:04

Ananın oğlu tutulduğundan canına qıydığı deyilir


İllüstrasiya @Shutterstock

İllüstrasiya @Shutterstock

-

Sentyabrın 2-də Azərbaycanda iki intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisənin biri Binəqədi rayonunun Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.

24 yaşlı Zülfiyyə Əsədovanın evdə asılmış meyiti aşkarlanıb. Onun özünə qəsd etdiyi güman edilir.Lakin bunun səbəbləri, hələlik, açıqlanmır.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Daha bir intihar xəbəri Gəncədən gəlib.

Təbriz küçəsində yaşayan 66 yaşlı Melya Abdiyevanın isə evdə sirkə turşusu içdiyi iddia olunur. Yaxınlarının sözlərinə görə, M. Abdiyeva oğlu həbs olunduğu üçün özünə qəsd edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG