Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:36

-

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Demokrat Partiyası ilə əlaqəli təşkilatların elektron məktublarının kim tərəfindən oğurlandığını bilmədiyini deyib və Rusiya hökümətinin bu işlə heç bir əlaqəsi olmadığını əlavə edib.

Putin, kompüterlərə hücumun kim tərəfindən həyata keçirildiyini tapmağın mümkünsüz olacağını bildirib və sual verib ki, "sözügedən məlumatlara hücumun kim tərəfindən edildiyinin bir fərqi varmı?"

Oğurlanan elektron məktublar WikiLeaks fəalları tərəfindən İyul ayında dərc edilmişdi. Məktublardan Demokrat Partiyasının seçki qərargahının bitərəf qalmaq əvəzinə partiyanın prezidentliyə namizədlərindən Hillary Clintona dəstək verdiyi, Bernie Sandersi isə gözdən salmağa çalışdığı görünür. .

Sözügedən qalmaqal partiyanın seçki qərargahının sədrinin və digər üç yüksək rütbəli rəsmisinin istefası ilə nəticələnib.

Clinton kiber hücuma Rusiya kəşfiyyat orqanlarının cəlb olunduğunu və Kremlin ABŞ-dakı seçkilərdə respublikaçı namizəd Trumpın qalib gəlməsinə çalışdığını bildirib.

Putin isə Moskvanın heç vaxt bu məsələyə qarışmadığını, maraqlanmadığını və ABŞ-ın daxili siyasətinə qarışmaq niyyətində olmadığını bildirib.

Rusiya-ABŞ əlaqələri Moskvanın 2014-cü ildə Ukraynaya müdaxiləsindən sonra pisləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG