Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

Amnesty İnternational: Karimovdan sonra dəyişiklik gözlənilmir


Islam Karimov

Islam Karimov

-

"Amnesty International" təşkilatına görə, Özbəkistanın "repressiv rejiminin" ölkə prezidenti İslam Karimovun ölümündən sonra da dəyişəcəyi ehtimal olunmur.

Kərimovun ölüm xəbərlərinin (Reuters) fonunda, Avropa və Mərkəzi Asiya üzrə London qrupunun direktor müavini Denis Krivosheev sentyabrın 2-də bildirib ki, Kərimovun yaxın çevrəsində müxalif fikirlərə tolerantlıq göstərilmədiyi üçün onun davamçısının da çox guman ki, həmin çevrədən kimsə olacağı ehtimal olunur.

"Kərimovun 27 illik uzunmüddətli hakimiyyəti dövründə hüquq və azadlıqlara çox böyük etinasızlıq göstərilib, istənilən müxalif fikir vəhşicəsinə yatırılıb, habelə, işgəncə və ihəbslər ölkənin ədliyyə sisteminin ayrılmaz hissəsinə çevrilib," Krivosheev bəyanatında deyir.

"Ölkədə ədalətin hər hansı bir görüntüsü dərin siyasi dəyişikliklər və Özbəkistanın beynəlxalq əməkdaşlarından son illərdə tamamilə çatışmayan yeni prinsipial yanaşma tələb edəcək"- deyə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG