Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:36

"Hakimiyyət müxalifəti çörəklə imtahana çəkir"


arxiv fotosu
arxiv fotosu

Sıravi müxalifətçinin dolanışıq davası. İndi hamıya iqtisadi cəhətdən çətindir, ancaq sıravi müxalifətçinin çətinliyi ikiqatdır.

Müxalifətçinin siyasi, hüquqi problemlıərindən danışırıq, ancaq iqtisadi problemindən heç vaxt danışmırıq. Sıravi müxalifətçi nə ilə dolanır, necə dolanır?

“BİZ DİSKRİMİNASİYA OLUNMUŞ TƏBƏQƏYİK”

İctimai-siyasi fəal, Gənclərin Atlantik Müqaviləsi Assosiasiyasının rəhbəri Zaur Əkbər deyir ki, ölkədə müstəqil, müxalif düşüncəli insanlar hər tərəfdən basqılara məruz qalır:

“Ölkədə elə bir vəziyyət yaradılıb ki, sözün əsl mənasında müstəqil düşüncəli, müxalifyönümlü insanlara qarşı hər tərəfdən basqı var. Həm iqtisadi baxımdan, həm siyasi baxımdan təzyiqlərə məruz qalıblar.

Deyirlər Azərbaycan günü-gündən inkişaf edir, çiçəklənir. Amma əlbəttə ki, bunu dövlət səlahiyyətliləri deyirlər. Amma bu nağılları öz həyatımızda heç cür hiss edə bilmirik. Sanki biz diskriminasiya olunmuş təbəqəyik.

Əslində bu tək müxalifətçələrə aid deyil, xalqın əksər hissəsi bizimlə eyni vəziyyətdə yaşayır. Biz komfort həyat tərzini yox, daha çox bu ölkənin gələcəyi üçün sözün həqiqi mənasında təhlükəsizliyi üçün, demokratiyanın bərqərar olunması üçün bu missiyanı üzərimizə götürmüşük ki, ölkədə normal bir mühit quraq”. ( Ətraflı audioda...)

Zaur Əkbər: "Diskriminasiya olunmuş təbəqəyik..."
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid


“BİZİM ƏN AĞRILI, ƏN YARALI YERİMİZ”

Müsavat partiyasının başqan müavini Elman Fəttah deyir ki, hakimiyyət müxalifət partiyalarının hətta sıravı üzvlərinin hardasa işləməsinə dözümsüz yanaşır:

Elman Fəttah
Elman Fəttah

“Müxalifətdə olub və maddi baxımdan normal yaşamaq məsələsi tamamilə qeyri-mümkün birvəziyyətdir. Hakimiyyət Müsavat partiyasının sıravi üzvlərinə belə ən azından hardasa işləməyə, ən sadə şəkildə öz hesabına dolanışıq təşkil etməsinə dözümsüz yanaşır.

Dərhal, biznesi varsa, biznesini ləğv edir, işləyirsə işdən çıxarır. Xüsusilə rəhbərliyində təmsil olunan şəxslər, funksioner səviyyəsindəki şəxslərin bütün Azərbaycanın sərhədləri daxilində hansısa əmək fəaliyyəti ilə məşğul olması, hər hansı bir şirkətlə işləməsi, yaxud özünün bir iş yeri yaratması qeyri-mümkün bir məsələdir.

Bu mövzu bizim ən ağrılı, ən yaralı yerimizdir. Bəziləri dostların yardımı hesabına, bəziləri ailənin hesabına, yəni bu şəkildə ideya və əqidə uğrunda ən minimal şərtlərlə sağ qalaraq mübarizəni davam etdirmə məcburiyyəti ilə üz-üzədirlər. Başqa hər hansı maddi imkandan, maddi təminatdan söhbət gedə bilməz”.

Elman Fəttah: "Ən ağrılı mövzu..."
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00
Direct-ə keçid

“ÇÖRƏKLƏ İMTAHANA ÇƏKİLƏNLƏR”

İstiqlalçı deputat, Milli Şuranın üzvü İbrahim İbrahimli də deyir ki, hakimiyyət illərdir hər hansı yolla olur- olsun siyasi müxalif qüvvələri sıradan çıxarmaq hədəfini qarşısına məqsəd qoyub.

Ibrahim Ibrahimli
Ibrahim Ibrahimli

“Artıq Azərbaycanda düz 22 ildir, hakimiyyət qəsb ediləndən sonra müxalifət daim təqib və təzyiqlərə məruz qalıb. Xüsusilə o zaman milli hakimiyyəti təmsil edən AXC-Müsavat cütlüyü uzun müddət hakimiyyətin təbliğatında olan- olmayan böhtanlara məruz qaldı.

Bu kampaniyanın arxasınca rəsmi şəkildə bu qüvvələrə qarşı repressiya başladı. Hər şeydən əvvəl siyasi müxalif qüvvələri sıradan çıxarmaq hədəfini qarşılarına məqsəd kimi qoymuşdular.

Heç təsadüfi deyil ki, İlham Əliyev 2008-ci ildə prezident seçkiləri çıxışı qabağı “Azərbaycanda siyasi müxalifət, siyasi arxivə göndəriləcək” deyə bir iddia ilə çıxış etdi. Daim təqiblər, təzyiqlər sonda siyasi müxalifətin sıradan çıxması yox, əksinə möhkəmlənən, bərkiyən, ayaqda dayanan müxalifət prinsipial mübarizə aparırdı. Baxmayaraq ki, bu təbliğat siyasi müxalifətin sıralarını xeyli zəiflətmişdi.

Dayanıqlı mövqedə dayanan ardıcıl mübarizə aparan, öz mövqeyindən çəkinməyən müxalifəti sıradan çıxarmaq üçün isə hakimiyyət onların özünü və ailəsini çörəklə imtahana çəkməyə başladı”. (Ətraflı audioda...)

İbrahim İbarhimli: "Çörəklə imtahana çəkir...."
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG