Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

-
Bakı şəhər Prokurorluğu pilot qadının ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Dilarə Babayevanın vəfatı ilə bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. D. Babayevanın və onun bətnindəki körpənin meyitlərinin daxili və xarici müayinəsi aparılıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib. Hazırda iş üzrə zəruri-istintaq tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu, 30 yaşlı Dilarə Babayeva avqustun 30-da 1 saylı Şəhər Xəstəxanasında ölümüşdü.

İlkin olaraq zəhərlənmə şübhəsi ilə xəstəxanaya gətirilən və 36 həftəlik hamilə olan D.Babayeva tibbi müdaxiləyə baxmayaraq, vəfat etmişdi. Onun bətnindəki körpəsi də tələf olmuşdu.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi qadının beynində qansızma əlamətləri müşahidə olunduğunu bildirmişdi. Bunun nə ilə bağlı olduğu açıqlanmırdı.

Ölümün səbəbi bütün laborator müayinələr aparıldıqdan sonra bəlli olmalıdır.

Xanım pilotun Qubada dəfn edildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG