Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:05

Dollar satışı dayandı


Qara bazarda pul alıb, satanlar
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Qara bazarda pul alıb, satanlar

►Dollar almaq istəyənlərin vəziyyəti getdikcə çətinləşir.

Son günlər ölkədə fəaliyyət göstərən banklar dollar satışına limit qoymuşdular. Bəzi bankların isə dollar satışını tamamilə dayandırdıqları bildirilirdi.

Fins.az-ın məlumatına görə, artıq, bu prosesə ölkənin ən iri bankları da qoşulub. Xəbərdə qeyd edilir ki, daha 2 bank “Azərbaycan Beynəlxalq Bankı” və “Unibank” dollar satışını tamamilə dayandırıb.

“Azərbaycan Beynəlxalq Bankı” sentyabrın 1-də 200 dollar limitlə satış həyata keçirirdi. Eyni həcmdə limitlə avro satışı da reallaşdırılırdı. “Unibank” isə ötən gün 100 dollar limitlə satış həyata keçirib.

Buna da bax-'Bu vəziyyət növbəti kəskin devalvasiyadan xəbər verir'

Saytın məlumatına görə, bununla da dollar satışını dayandırdığını açıqlayan bankların sayı rəsmən 25-ə çatıb.

Xəbərdə qeyd edilir ki, digər bankların da dollar satdığını demək olmaz Çünki qalan banklardan da əsasən “indi yoxdur, axşam olacaq ”, ya da “səhər vardı, satıb qurtardıq ” cavabları eşidilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG