Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:12

-

Azərbaycandan kənarda referendumun keçirilməsi üçün 38 seçki məntəqəsi yaradılıb.

Bu barədə məlumat sentyabrın 2-də Xarici İşlər Nazirliyi (XİN) və Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə hüdudlarından kənarda ümumxalq səsverməsinin təşkili ilə bağlı birgə keçirdikləri seminarda açıqlanıb.

AZƏRTAC-ın xəbərinə görə, XİN nümayəndəsi Fəxrəddin Qurbanov bildirib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində Azərbaycanın hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşlarda iştirak edə biləcəklər. Bundan ötrü Azərbaycanın 38 diplomatik nümayəndəliyində və konsulluğunda ümumxalq səsverməsinin keçirilməsi nəzərdə tutulub.

MSK Katibliyinin rəhbəri Rövzət Qasımov da bildirib ki, bunda əsas məqsəd ölkə hüdudlarından kənarda seçicilərin səsvermə hüquqlarından istifadə etmələrinə şərait yaratmaqdır.

O qeyd edib ki, səsverməyə 25 gün qalmışadək seçici siyahıları tərtib olunaraq MSK-ya təqdim edilməlidir. MSK isə öz növbəsində həmin siyahıları təsdiq etməli və müvafiq seçki dairələri ayırmalıdır.

R. Qasımovun deməsinə görə, MSK avqustun 31-də qərar verərək ölkə hüdudlarından kənarda səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan üç seçki dairəsi müəyyən edib. Bunlar 15 saylı Yasamal birinci, 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələridir.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG