Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:45

Beslandakı qətliamda Rusiya prezidenti Vladimir Putini ittiham edən bir qrup qadın ictimai iş və ya cərimə cəzasına məhkum ediliblər.

Sentyabrın 2-də keçirilən məhkəmədə qadınlar ictimai toplantıların keçirilməsi qanununu pozmaqda günahkar biliniblər. Onlardan üçü 20 saat ictimai işə məhkum edilib. Digər ikisinə isə 20.000 rubl ($305) cərimə kəsilib.

Digər bir qadın, anti-Putin köynəyi geyinmədiyinə baxmayaraq, etirazçılarla birgə dayandığı üçün 20 saat ictimai işə məhkum olunub.

Qadınların etirazları 2004-cü ildə Beslanın 1 saylı məktəbində 186 şagird daxil olmaqla 334 nəfərin ölümü ilə nəticələnən girov faciəsinin 12 illiyi ilə əlaqədar sentyabrın 1-də keçirilib.

Sentyabrın 1-də məktəbin yaxınlığında zəng çaldıqdan sonra övladları girovluq zamanı həlak olmuş və ya girov götürülmüş beş Beslan anası üzərində "Putin Beslan Cəlladıdır" yazılan köynəkləri göstərmək üçün jaketlərini çıxardıblar.

İslamçı yaraqlılar 2004-cü il sentyabrın 1-də Beslan məktəbinə basqın edərək 1200 uşaq, valideyn və müəllimi girov götürüb və Rusiya qüvvələrinin Çeçenistandan geri çəkilməsini tələb ediblər.

Qurbanların çoxu, Rusiya təhlükəsizlik qüvvələrinin yaraqlıların partlayıcı maddələrlə minaladıqları idman zalında saxlanılan girovları azad etmək üçün istifadə etdikləri zirehli texnikanın istifadəsi zamanı həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG