Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:03

Pakistanda məhkəmə qarşısında azı 10 nəfər həlak olub


Pakistanda partlayış - 2 sentyabr 2016

Pakistanda partlayış - 2 sentyabr 2016

Pakistanın şimal-qərbində rayon məhkəməsi qarşısında bomba partladılıb, azı 10 nəfər ölüb, 40 nəfər yaralanıb. Rəsmi bilgiyə görə, ölənlərdən azı ikisi vəkil, ikisi polis əməkdaşıdır. Hadisə Mardan şəhərində baş verib.

Məlumatlara görə, hücum edən şəxs məhkəmənin girişinə qumbara atıb, sonra özünü əsas darvaza önündə partladıb. Yaralılardan bəzilərinin durumunun ağır olduğu bildirilir.

Hücuma görə məsuliyyəti «Jamat ul-Ahrar» adlı müsəlman ekstremist qruplaşması götürüb. Bu qruplaşma Pakistan «Taliban»ının bir qanadıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG