Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:37

Sentyabrın 3-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 18-21, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq.

Ölkənin rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı qeyd edilir. Gecə 18-23, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti təxmin edilir.

Sentyabrın 1-i axşam saatlarında və 2-nə keçən gecə ölkənin bəzi bölgələrində güclü yağış yağıb. Bəzi dağlıq ərazilərə dolu düşüb. İsmayıllı, Quba, Xaçmaz daxil, ölkənin bəzi bölgələrində ciddi fəsadlar yaranıb. Bəzi kəndlərlə avtomobil əlaqəsi kəsilib, işıqlar sönüb. Əkin sahələrinə, ev təsərrüfatlarına ziyan dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG