Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11

Sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağın “müstəqilliyinin” 25 illiyini qeyd edir. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri Azərbaycan daxilində olan muxtar vilayətin SSRİ tərkibindən çıxdığını elan etmişdilər.

2 gün çəkəcək bayram tədbirlərinə sentyabrın 1-də Xankəndinə gələn Ermənistan prezidenti Serj Sarkisyan da qatılıb.

Qarabağ ermənilərinin lideri Bako Saakyan və Sarkisyan təbriklə çıxış ediblər.

Sarkisyanın təbrikində deyilir ki, “25 il əvvəl Dağlıq Qarabağ ermənilıəri geriyə dönməyən seçim etdilər. Bu taleyüklü qərar şüurlu və düşünülmüş idi.”

Dağlıq Qarabağın “müstəqiliyinin” 25 illiyi ərəfəsi Azərbaycan xarici işlər nazirliyi bu tıdbirlərdə iştirak edəcək və Dağlıq Qarabağa səfər edəcək adamlara xəbərdarlıq edib.

Nazirliyin bəyanatında deyilir ki,“Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə 2-3 sentyabrda Yerevanda konfransın keçirilməsi və konfrans iştirakçılarının işğal olunmuş ərazilərə səyahətinin təşkil olunması planlaşdırılır. Həmçinin, 15-18 sentyabr tarixində Xankəndində beynəlxalq gənclər konfransının təşkil edilməsi və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsi nəzərdə tutulur.”

Azərbaycan XİN bildirir ki, “Qondarma rejimin “müstəqilliyinin 25 illiyi” adı altında keçirilən bu tədbirlərə dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə xidmət edən bu kimi tədbirlərdən kənar durmağa və işğal edilmiş Azərbaycan ərazilərinə səfərlərdə iştirak etməkdən çəkinməyə çağırırıq. İşğal olunmuş Azərbaycan ərazilərinə səfər edənlər Azərbaycanın qanunlarını pozur və həmin şəxslərə münasibətdə onların ölkəmizə gələcək səfərlərinə qadağa qoymaq da daxil olmaqla, Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər görüləcək”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG