Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:55

'Açıq qapı' günü olacaq


Azərbaycan əsgəri
Azərbaycan əsgəri

Müdafiə Nazirliyi Qurban bayramı ərəfəsi, sentyabrın 11-də saat 11:00-da hərbi hissələrdə «Açıq qapı» günü təşkil edəcək.

Nazirliyin mətbuat xidməti bildirir ki, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış ola bilərlər. Onlar xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Məlumatda qeyd edilir ki, müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək «Açıq qapı» günündə əsgər valideynləri və yaxınları ilə görüşlər olacaq. Onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Sentyabrın 12-si və 13-ü Qurban bayramıdır.

XS
SM
MD
LG