Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

-

Rusiya sərhədçiləri tanınmış erməni politoloqunu ölkəyə buraxmayıblar. Yeravanda mənzillənən Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Grigorian bu barədə sentyabrın 1-də açıqlama verib. Dediyinə görə, rusiyalı sərhədçilər onun Rusiyaya girişinə 2030-cu ilədək qadağa qoyulduğunu bildiriblər.

Grigorian qadağadan avqustun 30-da Moskvanın Sheremetyevo aeroportunda xəbər tutduğunu deyir. O, Rusiya paytaxtına, atasının məzarını ziyarətə gedirmiş.

Sərhədçilər ölkə qanunvericiliyinə istinad ediblər. Qanuna görə, “Rusiya ərazisində arzuolunmayan beynəlxalq qurumların fəaliyyətində iştirak edən əcnəbilər” deportasiya olunmalıdırlar.

Grigorian bu qərarı siyasi motivli adlandırıb. Onun rəhbərlik etdiyi mərkəz Avropa Birliyindəki QHT-lərlə birgə layihələr gerçəkləşdirir. Mərkəz Ermənistanda vətəndaş cəmiyyəti və demokratik institutlarının təbliğiylə məşğuldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG